Xəbər lenti

Polşada avropapərəst yeni baş nazirə qarşı PiS-in etiraz aksiyaları başladı
Dünya 13:26 12.01.2024

Polşada avropapərəst yeni baş nazirə qarşı PiS-in etiraz aksiyaları başladı

Varşavanın mərkəzində bu yaxınlarda keçirilən seçkilərdə qalib gələn ölkənin yeni avropapərəst baş naziri Donald Tuskun siyasətindən narazı qalan minlərlə müxalifət tərəfdarının etiraz aksiyası keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.

Etirazçılar, o cümlədən bu yaxınlarda hakimiyyəti itirmiş sağçı Qanun və Ədalət Partiyasının (PiS) çoxsaylı seçiciləri Polşa Seyminin qarşısına toplaşıblar.

PAP dövlət xəbər agentliyi mitinqdə 35 minə yaxın insanın iştirak etdiyini təxmin edir, lakin PiS nümayəndələri aksiyada onların tərəfdarlarının sayının təxminən 200 minə çatdığını iddia edir.

İnsanların əksəriyyəti özləri ilə qırmızı və ağ milli bayraqlar və "Tusk = beşinci kolon” və "Biz ruslardan sağ çıxdıq, Tuskdan da sağ çıxacağıq” sözləri yazılmış plakatları götürüblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->