
Polşalılar dünən keçirilən Çempionlar Liqasının III təsnifat mərhələsinin 9 oyunu içərisində ən süpriz nəticənin Çexiyanın Plzen şəhərində baş verdiyini qeyd ediblər.
Qaynarinfo.Az xəbər verir ki, Polşanın eurosport.onet.pl saytı bu haqda bunları yazıb:
"Çexiyanın "Viktoriya" klubunun Azərbaycanın "Qarabağ"la oyunu Çempionlar Liqasının III təsnifat mərhələsinin ən böyük sürprizi oldu. "Viktoriya" polşalı azarkeşlərə yaxşı tanış olan (2010-cu ildə "Visla" "Qarabağ" tərəfindən hər 2 matçda məğlub edilib - red.) "Qarabağ"ı məğlub edə bilmədi. 90 dəqiqə ərzində onların cəmi 1 real qol vəziyyətləri oldu. Oyunun son 1/4 hissəsində müdafiəçi Yan Baranekin 2-ci sarı vərəqə almasından sonra mübarizə zəiflədi. Qolsuz heç-heçə, şübhəsiz, gözlənilməz sayılır. Ancaq Çexiya komandası üçün cavab matçı öncəsi bu, pis nəticə də deyil".
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" oyunu 0:0 hesabı ilə başa çatıb.
Qaynarinfo.Az