
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində dünən Azərbaycan yığması Polşa komandası ilə qarşılaşıb. Polşanın Brzeg şəhərindəki “Mosir Brzeg” stadionunda keçirilən qarşılaşma komandamız üçün uğursuz olub.
Polşalılar komandamızı 5:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, daha əvvəl Avstriya millisi ilə görüşən yığmamız 7: 0 hesabıyla məğlub olmuşdu.
Növbəti oyunun isə avqustun 7-də Qazaxıstan millisinə qarşı keçirəcək.
Qaynar.info