Xəbər lenti

Poroşenkonun şirkətinin Azərbaycandakı keçmiş işçisi məhkəmə qarşısında
Ekonomiks 17:36 29.06.2024

Poroşenkonun şirkətinin Azərbaycandakı keçmiş işçisi məhkəmə qarşısında

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsus "Roşen” şirkətinin Azərbaycandakı filialı olan "Azroşen” MMC-nin keçmiş işçisi Asif Bəşirov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib və hakim Nemət Paşayevin icraatına verilib. 

Asif Bəşirov Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir. 

Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Məlumata görə, Asif Bəşirov "Azroşen” MMC-də vəzifəli şəxs olub. O, adıçəkilən şirkətə qarşı məlum cinayət əməlində təqsirləndirilir. 

Ötən il Asif Bəşirov "Azroşen” MMC-ni məhkəməyə vermişdi. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrlə bağlı idi. Asif Bəşirov iddianı Nərimanov Rayon Məhkəməsində qaldırmışdı. Bu işin nəticəsi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Azroşen” MMC 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. "Azroşen”in qanuni təmsilçisi isə Hacıyev Akif Hüseyn oğludur. 

"Roşen” şirkəti dünyanın ən iri qənnadı məmulatlarının istehsalçılarından biri hesab edilir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->