Xəbər lenti

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı
İdman09:28 22.03.2021

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.