Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. Qaynarinfo.az xəbər verir ki, final matçında Portuqaliya və İspaniya milliləri qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol olmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan Portuqaliya çempion olub - 5:4.
Beləliklə, Portuqaliya millisi tarixində 6-cı dəfə Avropa çempionu olub. Qitə çempionatını ən çox - 8 dəfə qazanan İspaniya isə 6-cı dəfə finalda uduzub.