Məşhur portuqaliyalı futbolçu Luis Nani MLS komandası "Orlando Siti"dən ayrılıb.
Qaynarinfo xəbər verir ki, futbolçu bunu şəxsi sosial media hesabı vasitəsilə elan edib. O, formasını geyindiyi komandadan ayrıldığını açıqlayıb. Naninin sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələr yer alıb:
"Bütün yaxşı şeylər sona çatır. Möhtəşəm anlar, yeni dostluqlar və idman nailiyyətləri ilə dolu 3 möhtəşəm mövsümündən sonra mən "Orlando Siti"dən ayrılıram. Orlando əla insanların və böyük azarkeşlərin olduğu "evim" deyə biləcəyim bir şəhərdir, amma müqaviləmin müddəti bitdi və klub bunu uzatmamaq qərarına gəlib. Floridaya gəldiyimdən bəri azarkeşlərin məni və ailəmi necə dəstəklədiyini heç vaxt unutmayacağam. Hər şeyin yaxşı olması diləyi ilə".
Səbuhi Həsənov