Portuqaliya millisinin sabiq baş məşqçisi Fernando Santuşun yeni ünvanı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, 8 il Portuqaliya millisini çalışdırmış mütəxəssis karyerasını Polşada davam etdirəcək. Polşa Futbol Federasiyasının açıqlamasında 68 yaşlı mütəxəssislə razılıq əldə olunduğu bildirilib.
Santuş Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Portuqaliyanın Mərakeşə məğlub olaraq mübarizəni dayandırmasından sonra yığmadakı vəzifəsindən istefa vermişdi.
Mütəxəssisin rəhbərliyi altında tarixində ilk dəfə Avropa çempionu (2016) və UEFA Millətlər Liqasının qalibi (2019) olan Portuqaliya millisi 109 matçda 67 qələbə qazanıb, 19 məğlubiyyət görüb və 23 heç-heçə ilə yadda qalıb.
Səbuhi Həsənov
Şərhlər