Xəbər lenti

Portuqaliyanın Bakı planları bəlli oldu
İdman17:14 22.04.2016

Portuqaliyanın Bakı planları bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 5-dən Bakıda keçiriləcək futbol üzrə 17 yaşadək millilərdən (U-17) ibarət Avropa çempionatında yığmamızın rəqiblərindən olan Portuqaliya və Şotlandiya heyətlərini açıqlayıb.

Qaynarinfo.az xəbər verir ki, millimizin ilk rəqibi olan Portuqaliyanın baş məşqçisi Eliu Souza aprelin 25-dən hazırlıqlara başlayacaq və komanda mayın 2-də Lissabonun Portela hava limanından Bakıya yola düşəcək. Rəqib məşqçi hələ ki 23 oyunçunu məşqlərdə yoxlayacaq. Bundan sonra yekun heyət açıqlanacaq və 5 futbolçu Bakıya aparılmayacaq.

Portuqaliyanın ilkin heyəti belədir: Juan Virqiniya ("Arsenal", İngiltərə), Ruben Vinaqre ("Monako", Fransa), Florentino, Qedson Fernandeş, Filipe Suareş, Joze Qomeş, Juan Filipe, Mesake Cu, Nunu Santuş (hamısı "Benfika"), Dominquş Kina ("Vest Hem", İngiltərə), Dioqu Koşta, Dioqu Dalot, Dioqu Leyte, Dioqu Keyruş, Lameyra (hamısı "Portu"), Mikael Almeyda ("Lion", Fransa), Luiş Maksimiano, Miqel Luiş, Juan Oliveyra, Tierri Korreya, Rafael Lean (hamısı "Sportinq"), Luiş Silva ("Stok Siti", İngiltərə), Romen Korreya ("Vitoriya").

Şotlandiya millisinin baş məşqçisi Skot Qemmill isə ardıcıl 3-cü dəfə U-17-ni Avropa çempionatına aparacaq. artıq 45 yaşlı məşqçi yekun "18-liy"i açıqlayıb. Hər hansı zədə olmasa, Bakıya bu futbolçular gələcək:

Qapıçılar: Aydan Makadams ("Seltik"), Kiran Rayt ("Reyncers");

Müdafiəçilər: Daniel Baur ("Harts"), Dan Meredit ("Vest Bromviç", İngiltərə), Toni Qallaxer ("Falkirk"), Layem Heqarti ("Midlsbro", İngiltərə), Aydan Uilson ("Reyncers");

Yarımmüdafiəçilər: Freyzer Hornbi ("Everton", İngiltərə), Layem Bört, Cek Tomson (hər ikisi "Reyncers"), Kayl Makallister ("Sent-Mirren"), Cordan Holsqrov ("Ridinq", İngiltərə), Brokve Vatson ("Seltik");

Hücumçular: Zak Radden, Cek Adamson (hər ikisi "Reyncers"), Cek Eytçison ("Seltik"), Luis Morrison ("Kilmarnok"), Konnor Maklennan ("Aberdin").

Qeyd edək ki, U-17 millimiz mayın 5-də Portuqaliya, 11-də isə Şotlandiya ilə qarşılaşacaq. Digər rəqibimiz Belçika ilə oyun isə mayın 8-də keçiriləcək. İlk oyun Bakı Olimpiya Stadionunda, digərləri 8-ci KM arenasında baş tutacaq.

Qaynarinfo.az