Xəbər lenti

Premyer Liqa: 2025-ci ilin rekordu və 400-cü böyük hesab
İdman11:37 31.03.2025

Premyer Liqa: 2025-ci ilin rekordu və 400-cü böyük hesab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda qapılara 18 qol vurulub.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ən çox (6 qol) "Sumqayıt” - "Sabah” oyununda qeydə alınıb - 3:3.
"Turan Tovuz” – "Qarabağ” (1:4) matçında 5, "Zirə” – "Şamaxı” (3:0) görüşündə 3 dəfə qol səsi eşidilib. "Neftçi” – "Araz-Naxçıvan” və "Kəpəz” – "Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.
Turun orta məhsuldarlığı 3,60-a bərabər olub. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. X turda da 18 qol qeydə alınıb.
Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.
Digər tərəfdən, Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesablı nəticə qeydə alınıb. Yubiley nəticəsinə "Zirə” "Şamaxı”nı 3:0 hesabı ilə məğlub etməklə imza atıb.
Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün "Pambıqçı” (Bərdə) "Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib.
Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda "Qarabağ”dır – 65 dəfə. "Neftçi” 41, "Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.
Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, "Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.
Qeyd edək ki, "Zirə” və "Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.