Xəbər lenti

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazandı
İdman12:52 04.11.2022

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şamaxı" futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk qələbəsini qazanıb.
Qaynarinfo-nun məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda XIII turda səfərdə "Turan Tovuz"la üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şamaxı klubunun qollarına 17-ci dəqiqədə Kamran Quliyev, 42-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə Fuad Bayramov imza atıb.
Tovuz təmsilçisinin yeganə qolunu 33-cü dəqiqədə Runi Eva penaltidən vurub.
Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şamaxı" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 6-cı sıradadır.
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.