Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. Azərbaycan derbisində ilk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2023/04 mövsümü
I dövrə, IX tur
8 oktyabr
Neftçi - Qarabağ 0:2
Qollar: Olavio Juninyo, 46. Redon Cica, 88.
Neftçi: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 3. Höccət Haqverdi 7. Azər Əliyev 4. Mark Tamaş 5. Kenni Sayef 23. Ataa Caber 44. Yuri Matias 11. Kilan Lebon 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 10. Filip Ozobiç 14. Eddi İsrafilov 17. Rəhman Hacıyev 19. Azər Salahlı 16. Lukas Melano 22. Reziuan Mirzov 6. Dieqo Valdez 25. Aaron Olanare 99. Ervin Koffi 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
Qarabağ: 99. Andrey Lunyov 5. Maksim Medvedev (k) 4. Rahil Məmmədov 27. Toral Bayramov 90. Nəriman Axundzadə 66. Patrik Andrade 17. Hamidu Keyta 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 83. Nihad Quliyev 10. Abdullah Zubir 8. Marko Yankoviç 11. Adama Diakabi 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.