Xəbər lenti

Premyer Liqa: "İmişli" səfərdə "Sabah"ı məğlub etdi
İdman22:10 31.08.2025

Premyer Liqa: "İmişli" səfərdə "Sabah"ı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının III turunun son oyununda "İmişli" səfərdə "Sabah"a qalib gəlib.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə meydan sahiblərinin qapısına vurub.
İmişli kollektivi cari mövsüm ilk qalibiyyətini əldə edərək 4 xala malik olub. "Bayquşlar" isə 3 xalda qalıb.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa sabah fk İmişli futbol klubu Azərbaycan futbolu