İngiltərə Premyer Liqası təmsilçiləri "Çelsi" və daha beş klub ABŞ-da mövsümöncəsi turnir keçirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Xəbərdə tezliklə "Çelsi" ilə yanaşı Amerikada keçiriləcək "Yay Seriyası" turnirində iştirak edəcək klubların adının açıqlanacağı bildirilib.
Turnirin ABŞ-da keçirilməsi ideyası liqanı bütün dünyada daha da populyarlaşdırmaqdır. İdeyanın arxasındakı ilham London və Parisdə keçirilən NBA, NFL matçlarının uğurundan qaynaqlanır. Yarışın 2022/2023 mövsümündən əvvəl keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası səbəbindən təxirə salınmalı oldu.
Hazırda beş klubun - "Çelsi", "Nyukasl", "Brentford", "Aston Villa" və "Brayton"un iştirakının təsdiqləndiyi bildirilir. "Lids"in də turnirdə oynaması nəzərdə tutulsa da onların iştirakı liqadakı mövqeyindən asılı olaraq təsdiqlənəcək. Turnirin ABŞ-ın bir çox şəhərində keçirilməsi nəzərdə tutulur.
Səbuhi Həsənov