Xəbər lenti

Premyer Liqa klublarımızın matçında 6 qol
İdman13:05 13.11.2021

Premyer Liqa klublarımızın matçında 6 qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqa klublarımız "Sumqayıt"la "Səbail" yoxlama oyunu keçirib.
 
Qaynarinfo xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən rəqiblər Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıb. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
"Gənclik şəhəri" təmsilçisindən Rəhim Sadıxovla Yusif Nəbiyev (2) fərqlənib. "Səbail"in qollarını isə Cavid Tağıyev, Rauf Əliyev, (p) və Vidadi Cəfərov rəqib qapısından keçirib.
Səbuhi Həsənov