Xəbər lenti

Premyer Liqa klubu yeni baş məşqçisinin adını açıqladı
İdman11:30 05.11.2022

Premyer Liqa klubu yeni baş məşqçisinin adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton" yeni baş məşqçinin adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, klub ispaniyalı baş məşqçi Xulen Lopeteqi ilə anlaşdığını bildirib. 56 yaşlı məşqçinin noyabrın 14-dən vəzifəsinin icrasına başlayacağı ictimaiyyətin nəzərinə çatdırılıb. 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Premyer Liqada məhz həmin vaxtdan etibarən fasilə yaranacaq. 
Lopateqi karyerası ərzində İspaniya millisi ilə yanaşı, "Porto", "Real" və "Sevilya"nı da çalışdırıb. O, İspaniyanın 19 və 21 yaşadək milli komandalarını Avropa çempionatına daşıyıb. Lopeteqi 2020-ci ildə "Sevilya" ilə birlikdə Avropa Liqasını qazanıb.
"Vulverhempton"u Bruno Leyqin qovulmasından sonra müvəqqəti olaraq Stiv Devisin çalışdırırdı.
Səbuhi Həsənov