Uzun illərdən sonra Premyer Liqaya yüksələn "Brentford" futbolçusu İvan Toni ilə bağlı şok yaşayır.
Qaynarinfo-nun məlumatına görə, futbolçu İngiltərə Futbol Assosiasiyasının (FA) mərc oyunları ilə bağlı qaydalarını pozub. Toni 262 mərc oyunu pozuntusunun əksəriyyətini etiraf edib.
Ötən ilin noyabr və dekabr aylarında 262 dəfə mərc oyun qaydalarını pozan futbolçu ittihamlar üzrə özünü təqsirli bilib. 26 yaşlı hücumçu bu addımına görə Assosasiya tərəfindən böyük məbləğdə cərimələnə bilər. FA onunla bağlı qərarını bu həftə açıqlayacaq. Toninin Premyer Liqanın qalan hissəsində oynamasına qadağa qoyula bilər.
Futbolçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 21 matçda 14 qola imza atıb.
Səbuhi Həsənov