Xəbər lenti

Premyer Liqa klubunun futbolçusuna 8 aylıq cəza verildi
İdman06:41 18.05.2023

Premyer Liqa klubunun futbolçusuna 8 aylıq cəza verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqada klublarından "Brendford"un formasını geyinən İvan Toni futboldan uzaqlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, Toni 230-dan çox mərc oyun qaydalarının pozulması ilə bağlı aparılan araşdırmadan sonra 8 ay müddətinə bütün futbol fəaliyyətlərindən uzaqlaşdırılıb və 50 min funt-sterlinq məbləğində cərimələnib.
Toni 2022-ci ilin noyabrında mərc qaydalarını 232 dəfə pozmaqda ittiham edilib və dekabrda 30 dəfə bu ittihamlarla üzləşib. 
İngiltərə Futbol Assosasiyası Toninin cəzalandırılması ilə bağlı rəsmi bəyanat yayıb. 
Toney bu mövsüm Premyer Liqada "Brendford"un heyətində meydana çıxdığı oyunlarda 20 qola imza atıb. İddia edilən mərc oyunları ilə bağlı təfərrüatlar isə açıqlanmayıb. "Brendford"un məşqçisi açıqlamasında Toninin 120 milyon avro qiyməti olduğunu vurğulamış, onun hücumçu kimi "Vest Hem"in ulduzu Deklan Raysdan baha olduğunu söyləmişdi.
Səbuhi Həsənov