Xəbər lenti

Premyer Liqa klubunun yeni prezidentinin adı açıqlandı
İdman07:06 14.12.2022

Premyer Liqa klubunun yeni prezidentinin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqa klubunun yeni prezidenti müəyyənləşdi
İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut"un yeni sahibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, klubun prezidenti vəzifəsi 77 yaşlı amerikalı iş adamı Bill Foliyə həvalə olunub. Klubdan verilən açıqlamada Rusiya əsilli ingilis iş adamı Maksim Deminin bütün səhmlərini Foliyə məxsus Amerika futbol kollec liqa komandası "Blek Knayt"a satdığı və Premyer Liqanın rəsmilərinin də bunu təsdiqlədiyi bildirilib.
Amerika Buzüstü Xokkey Liqası (NHL) təmsilçisi "Veqas Qolden"in də sahibi olan Foli "Bornmut"un prezidenti vəzifəsini icra edəcək. 1899-cu ildə əsası qoyulan "Bornmut" 15 matçdan sonra 16 xalla liqada 14-cü pillədə qərarlaşıb.
Səbuhi Həsənov