
Peşəkar Futbol Liqası mart ayı üçün Topaz Premyer Liqanın ən yaxşı qolunu müəyyənləşdirib.
Qol.Az-ın məlumatına görə, siyahıda Orxan Əliyev (“Sumqayıt”), Cavid Tağıyev (AZAL), Pərdis-Fərcad Azad (“Sumqayıt), Fərid Quliyev (“Kəpəz”) və Mindauskas Kalonasın (“Rəvan”) qolları yer alıb.
PFL-in rəsmi saytında keçiriləcək sorğudan sonra martın ən yaxşı qolu müəyyənləşəcək.
Qaynar.info