İngiltərə Premyer Liqasında "Everton" - "Nyukasl" matçı zamanı azarkeşlər maraqlı anlara şahidlik edib.
Qaynarinfo xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində meydançaya daxil olan etirazçı özünü qapı dirəyinə bağlayıb. Bu hərəkətindən sonra stadionun asayiş keşikçiləri onun meydançadan çıxarılması üçün səfərbər edilib.
Üzərində "Just Stop Oil" yazılmış köynək geyinən həmin şəxs sosial şəbəkədə bunu niyə etdiyini əvvəlcədən hazırladığı mətnlə anladıb.
"2022-ci ildir və ayağa qalxıb gözləməyin, fövqəladə hal kimi davranmağın vaxtıdır. Bir-birinin ardınca aparılan araşdırmalar mənim gələcəyimin pis olacağını göstərir. Hökumətim isə mənə narahat olmamağı deyir. Ancaq seçimimiz var. İqlimimizin pisləşdiyini vurğulaya bilərik. Bizə xəyanət edən bu hökumətə müqavimət göstərməyi seçə bilərik və dayanmayacağıq".
Bu hadisə ilk dəfə deyil.
"Just Stop Oil" şirkətinin adından "Liverpul" - "Arsenal" qarşılaşmasında da bir nəfər özünü dirəyə bağlamaq istəyib.
Səbuhi Həsənov