Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, ilk turu məğlubiyyətlə başa vuran "Neftçi" və "Sabail" komandaları üz-üzə gəliblər.
"Neftçi Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Hesabı 34-cü dəqiqədə qonaqlardan Pedro Nunu açıb. 82-ci dəqiqədə Kenni Sayef penaltini dəqiq yerinə yetirək "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra ilk xallarını qazanan komandalar müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.
Premyer Liqa
2023/24 mövsümü
I dövrə, II tur
14 avqust
Neftçi - Səbail 1:1
Qollar: Kenni Sayef, 82 - Pedro Nunu, 34.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nunu, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.
Qeyd edək ki, əvvəlki oyunlarda "Araz-Naxçıvan” "Qəbələ”ni 2:0, "Zirə” "Kəpəz”i 1:0, "Qarabağ” "Turan Tovuz”u 3:0 hesabı ilə məğlub edib. "Sumqayıt” – "Sabah” matçı isə Bakı klubunun istəyi ilə təxirə salınıb.