Xəbər lenti

Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək
İdman09:26 06.04.2026

Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.
Qaynarinfo xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.
Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.