Xəbər lenti

Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurdu
İdman21:53 22.05.2026

Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Misli Premyer Liqasında mövsümü qələbə ilə başa vurub.
Tiraj.az xəbər verir ki, Ağdam təmsilçisi sonuncu - XXXIII turda "Sumqayıt"ı məğlub edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma 4:3 hesabı ilə bitib.
"Köhlən atlar"ın qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə Aleksey Kaşuk vurub. Meydan sahiblərinin heyətində Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev 90+3-cü dəqiqədə fərqlənib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 69-a çatdırıb. "Sumqayıt" 41 xalla yeddincidir.
Günün ilk matçında "Sabah" "Turan Tovuz"a qalib gəlib - 2:1.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.