Xəbər lenti

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub etdi
İdman20:30 01.02.2026

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"u məğlub edib.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.
41-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 30 xalla üçüncü sıradadır.
Günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.