Xəbər lenti

Premyer Liqa: "Qəbələ" "Kəpəz"ə qalib gələrək birinci pilləyə yüksəldi
İdman17:32 21.08.2022

Premyer Liqa: "Qəbələ" "Kəpəz"ə qalib gələrək birinci pilləyə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın qollarını 18-ci dəqiqədə Məqsəd İsayev, 27-ci dəqiqədə Ramon Maçado, 57-ci dəqiqədə isə Rövlan Muradov vurub.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sıradakı "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" 9-cu yerdədir.
Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.