Xəbər lenti

Premyer Liqa: "Sabah" "Neftçi"yə qalib gəldi
İdman22:21 08.12.2025

Premyer Liqa: "Sabah" "Neftçi"yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XIV turunda "Sabah" "Neftçi"yə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.
Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci sıraya yüksəlib. "Neftçi" isə 16 xalla səkkizinci sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" – "Turan Tovuz" oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.