Xəbər lenti

Premyer Liqa: "Sabah" "Qarabağ"a yaxınlaşdı
İdman13:56 22.04.2023

Premyer Liqa: "Sabah" "Qarabağ"a yaxınlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sabah" səfərdə "Turan Tovuz"la üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisinin qollarını 28 və 66-cı dəqiqələrdə Aleksey Kaşuk vurub.
Bu nəticədən sonra "Sabah" xallarının sayını 71-ə çatdırıb. İkinci pillədə qərarlaşan komanda lider "Qarabağ"la xal fərqini 7-yə endirib. Tovuz klubu isə 29 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Neftçi"ni qəbul edəcək. XXXI turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.