Xəbər lenti

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub etdi
İdman19:42 16.02.2026

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.
Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.
"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib.
Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" - "Turan Tovuz" matçında isə qapılara qol vurulmayıb.