İdman 19:12 08.10.2022

Premyer Liqa: "Səbail" "Sumqayıt"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Səbail" evdə "Sumqayıt" klubunu qəbul edib. "ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 39-cu dəqiqədə Turan Manafov vurub.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran paytaxt klubu 7-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Turan Tovuz"la qarşılaşacaq.

Qeyd edək ki, IX turun açılış matçında "Zirə" evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.