İdman 17:55 29.04.2023

Premyer Liqa: “Sumqayıt” səfərdə “Kəpəz”ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol "Sumqayıt”a minimalhesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən "Sumqayıt” 8-ci pillədəki yerini möhkəmlədib. "Kəpəz” isə 29 xalla 7-cidir.

Qeyd edək ki, günün ikinci matçında "Sabah” öz meydanında "Şamaxı”nı qəbul edəcək.