Misli Premyer Liqasında XXIII tura bu gün bir oyunla start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
"Zirə" hazırda turnir cədvəlində 39 xalla üçüncü pillədədir. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var.
Misli Premyer Liqası
II dövrə, XXIII tur
15 fevral
19:00. "Sumqayıt” – "Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.
Şərhlər