Xəbər lenti

Premyer Liqa: "Zirə" evdə "Turan Tovuz"a uduzdu
İdman18:10 01.05.2023

Premyer Liqa: "Zirə" evdə "Turan Tovuz"a uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
"Zirə" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bölgə təmsilçisindən qolları 3-cü dəqiqədə Şəhriyar Əliyev, 57-ci dəqiqədə Natan Oduva və 60-cı dəqiqədə Roderik Miller vurublar. Paytaxt klubunun heyətində isə 86-cı dəqiqədə Loris Bronyo fərqlənib.
"Qartallar"ın hücumçusu Hamidu Keyta 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qələbə ilə xallarını 32-yə çatdıran "Turan Tovuz" 6-cı pillədəki mövqeyini möhkəmlədib. 42 xalı olan "Zirə" isə 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" isə doğma meydanda "Səbail"ə 4:2 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu ilə yekun vurulacaq.