Xəbər lenti

Premyer Liqa: “Zirə” - “Qəbələ” oyununda 4 qol vuruldu
İdman14:03 05.02.2023

Premyer Liqa: “Zirə” - “Qəbələ” oyununda 4 qol vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Zirə” doğma meydanda "Qəbələ”ni sınağa çəkib. 4 qolun vurulduğu oyunda qalib müəyyələşməyib - 2:2.
"Zirə"nin heyətində Dmitrios Çantakias (14-cü dəqiqə) və Loris Broqno (57-ci dəqiqə), "Qəbələ"də isə Rafael Utziqin (2-ci dəqiqə) və Felipe Santos (77-ci dəqiqə) fərqlənib. 
Hazırda "Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, "Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz”lə "Qarabağ” heç-heçə (1:1) ediblər. Bu gün "Neftçi” – "Sumqayıt”, fevralın 6-da isə "Şamaxı” – "Turan Tovuz” və "Sabah” – "Səbail” görüşləri keçiriləcək.