Xəbər lenti

Premyer Liqada 6-cı tura start verilir
İdman07:10 01.10.2021

Premyer Liqada 6-cı tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Zirə" doğma arenada "Sumqayıt"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada 24-cü dueli olacaq. Buna qədər keçirilən 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar qələbəyə sevinib. Top fərqi "Zirə"ni xeyrinədir - 29:21.
"Qartallar" çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son 3 görüş isə heç-heçə ilə nəticələnib.
Azərbaycan Premyer Liqası, VI tur
1 oktyabr
19:30. "Zirə” – "Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
Turun iki oyunu sabah baş. tutacaq. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Premyer Liqanın altıncı turuna oktyabrın 3-dəki "Qarabağ” – "Qəbələ” matçı ilə yekun vurulacaq.
"Qəbələ" - 11, "Qarabağ" - 11, "Neftçi" - 10, "Zirə" - 8, "Sumqayıt" - 7, "Səbail" - 6, "Sabah" - 1, "Keşlə" - 1
Səbuhi Həsənov