İngiltərə Premyer Liqasında dekabrın 28-i, çərşənbə axşamı keçirilməsi planlaşdırılan "Arsenal" - "Vulverhempton" matçı pandemiya səbəbindən təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu haqda yarışın təşkilatçıları məlumat yayıb. Açıqlamada karantin dövrünün davam etməsi və zədələrin çoxalması səbəbindən heyət formalaşdıra bilməyən "Vulverhempton"un təxirə salınma tələbinin qəbul edildiyi bildirilib.
Klubun gələcəkdə oynayacağı matçların sayı koronavirus səbəbilə ikiyə yüksəlib.
Premyer Liqada çərşənbə axşamı keçirilməsi planlaşdırılan "Lids" - "Aston Villa" matçı da eyni səbəbdən təxirə salınıb.
Səbuhi Həsənov