Xəbər lenti

Premyer Liqada daha iki matç baş tutacaq
İdman07:18 12.11.2022

Premyer Liqada daha iki matç baş tutacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 14-cü tur davam edir.
 
Qaynarinfo-nun məlumatına görə bu gün daha iki oyun keçiriləcək. Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada 20 dəfə üz-üzə gəliblər. Bunların 13-də "qartallar", 3-də "dənizçilər" qələbə qazanıblar. Topların nisbətində də "Zirə"nin aşkar üstünlüyü var - 29:12. "Zirə” son 6 oyunda qələbə qazanıb. Qəsəbə klubu son üç ev matçında ən azı 2 qol vurub.
Günün ikinci matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək. Tərəflər ölkə çempionatlarında 56 dəfə qarşılaşıblar. Bunların 26-da paytaxt klubu, 17-də qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Neftçi" öndədir - 84:67. "Qəbələ” son 14 matçda yalnız bir qələbə qazanıb. "Neftçi” son 10 ev oyununda qol vurub.
Azərbaycan Premyer Liqası, XIV tur
12 noyabr (şənbə)
16:00. "Zirə” – "Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
VAR hakimləri: Rauf Allahverdiyev, Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu.
18:30. "Neftçi” – "Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
VAR hakimləri: Tural Qurbanov, Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
"Bakcell Arena”.
Turun ilk görüşündə aşağıdakı nəticə qeydə alınıb.
"Şamaxı" - "Sumqayıt" 4:2
"Qarabağ" - 39, "Sabah" - 34, "Neftçi" - 26, "Qəbələ" - 20, "Zirə" - 19, "Turan Tovuz" - 15, "Səbail" - 10, "Şamaxı" - 10, "Kəpəz" - 8, "Sumqayıt" - 5
 
Səbuhi Həsənov