İdman 10:00 12.08.2022

Premyer Liqada ikinci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılşama baş tutacaq. "Zirə" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək. İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 4-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində "Sabah"ın üstünlüyü var - 22:20. Son 6 qarşılaşmada ən azı 2 qol qeydə alınıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Premyer Liqa
2022/23 mövsümü
I dövrə, II tur

12 avqust
19.00 Zirə - Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR hakimləri: Rauf Cabarov, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
"Dalğa Arena”.
 
Turun digər qarşılaşmaları 13-14 avqustda keçiriləcək.
 
Səbuhi Həsənov