Xəbər lenti

Premyer Liqada mövsümün ikinci yarısının rekordu təkrarlandı
İdman06:36 22.04.2024

Premyer Liqada mövsümün ikinci yarısının rekordu təkrarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının XXXI turunda qapılara 18 qol vurulub.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz” - "Sumqayıt” (1:4) matçında 5, "Qarabağ” – "Qəbələ” (2:2) və "Zirə” – "Neftçi” (3:1) oyunlarının hərəsində 4, "Kəpəz” – "Sabah” (1:2) qarşılaşmasında 3, "Araz-Naxçıvan” – "Səbail” (0:2) görüşündə 2 qol qeydə alınıb.
Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. XXV turda da 18 qol vurulub. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Mövsümün rekordu isə X və XVI turlarda qeydə alınıb. Həmin vaxt 19 qol vurulub və orta göstərici 3,80 olub.