Məşhur "FourFourTwo" portalı İngiltərə Premyer Liqasının 100 ən yaxşı futbolçusunun siyahısını hazırlayıb.
Qaynarinfonun məlumatına görə, siyahıda ilk pillədə "Arsenal"ın və Fransa millisinin sabiq futbolçusu Tyerri Anri yer alıb. Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr"ın formasını geyinən sabiq "Mançester Yunayted"li superulduz Kriştiano Ronaldo ikinci pilləyə layiq görülüb. İlk "üçlüy"ü isə İngiltərə millisinin əfsanəsi Alan Şirer qapayıb.
Siyahıda ilk "onluq" aşağıdakı kimidir.
1. Tyerri Anri
2. Kriştiano Ronaldo
3. Alan Şirer
4. Veyn Runi
5. Rayan Giqqz
6. Erik Kantona
7. Stiven Cerrard
8. Frenk Lempard
9. Patrik Vieyra
10. Pol Skoulz
Səbuhi Həsənov