Xəbər lenti

Premyer Liqada turun ən yaxşısı və rəmzi komandası
İdman11:00 30.08.2019

Premyer Liqada turun ən yaxşısı və rəmzi komandası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası məlum olub.
Qaynarinfo xəbər verir ki, "InStat" şirkətinin təhlilinə əsasən "Keşlə" və "Səbail"in 4, "Qarabağ"ın isə 3 futbolçusu rəmzi 11-likdə yer alıb.
Qapıçı: Kamal Bayramov - 299 ("Səbail”).
Müdafiəçilər: Ailton Silva - 318 ("Qarabağ”), Franko Flores - 280 ("Keşlə”), Miyusko Boyoviç - 300 ("Keşlə”), Abbas Hüseynov - 275 ("Qarabağ”)-2.
Yarımmüdafiəçilər: Şəhriyar Rəhimov - 305 ("Səbail”), Ağabala Ramazanov - 283 ("Səbail”), İsmayıl İbrahimli - 290 ("Qarabağ”)-2, Vüsal İsgəndərli – 290 ("Keşlə”).
Hücumçular: Sezar Meza Kolli - 251 ("Keşlə”), Mirabdulla Abbasov - 295 ("Səbail”).
Ən yaxşı futbolçusu isə 318 göstərici ilə "Qarabağ”ın müdafiəçisi Ailton Silva olub. Braziliyalı "Qəbələ”yə qarşı görüşdə 90 dəqiqə oynayıb.
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm "InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.