Xəbər lenti

Premyer Liqanın avtoqol "kralları"
İdman12:01 17.06.2022

Premyer Liqanın avtoqol "kralları"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heç bir futbolçunun sevməyəcəyi anti-rekordlardan biri avtoqollardır. Dünyanın ən güclü futbol çempionatı sayılan Premyer liqa tarixində bir çox məşhur futbolçular olub ki, bəzən onların bəxti heç də gətirməyib.
Qaynarinfo Premyer Liqa tarixində ən çox avtoqol vuran futbolçuların siyahısını təqdim edir.
Riçard Danne (10 avtoqol)
Danne həm də ən çox qırmızı vərəqə görən (10) "Mançester Siti", QPR və "Everton"un sabiq müdafiəçisidir.  O, Premyer Liqa tarixində ən çox avtoqol (10)  anti-rekordunun müəllifidir.
Cimi Karrager (7 avtoqol)
"Liverpul"un əfsanəsi meydana çıxdığı 500-dən çox oyunda üç dəfə rəqib qapısını silkələməyi bacarıb. Ancaq o, meydançanın səhv tərəfində daha "səmərəli" idi. Karrager "Liverpul"un heyətində karyerası ərzində 7 avtoqol müəllifi olub.
Martin Şkrtel (7 avtoqol)
Şkrtel "Liverpul" üçün avtoqollar vurmaq bacarığı olan başqa bir müdafiəçi idi. Slovakiyalı Premyer Liqada çıxış etdiyi 5 ildə 7 avtoqola imza atıb.
Premyer Liqa tarixində xeyli sayda avtoqol vuran futbolçuların siyahısında aşağıdakı futbolçuların da adı var.
Fil Yaqyelka (7 avtoqol)
Rayan Şoukross (6 avtoqol)
Ues Braun (6 avtoqol)
 
Frank Sinkleyr (6 avtoqol)
 
Conni Evans (6 avtoqol)
 
Səbuhi Həsənov