Xəbər lenti

Premyer Liqaya yüksələn bu klubun qazancı məlum oldu
İdman07:49 30.05.2022

Premyer Liqaya yüksələn bu klubun qazancı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Nottingem Forest”in qazancı bəlli olub.

Qaynarinfo xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanmaq üçün keçirilən pley-off matçında "Haddersfild Taun"la qarşılaşan və qələbə qazanan "Meşəbəyilər" bu uğura 23 ildən sonra nail olub. Bununla yanaşı klub böyük sərvət də əldə edib.

"Dünyanın ən bahalı finalı” adlandırılan Çempionşipin pley-off finalında qalib gələn klub bu qələbəyə görə 170 milyon funt-sterlinq qazanacaq. Yayım gəliri ilə birlikdə isə ümumi qazancın 300 milyon funt-sterlinqə çatacağı müəyyənləşib.

Komanda Çempionşipdə cari mövsümü 4-cü yerdə başa vurub. Bu müddətdə keçirdiyi 46 matçda 23 qələbə qazanıb 11 heç-heçə edib. "Nottingem Forest"lə yanaşı Çempionşipdən Premyer Liqaya yüksələn digər komandalar "Fulhem” və "Bornmut”dur.

1865-ci ildə qurulan klub indiyədək bir dəfə Premyer Liqanın qalibi olub. Bununla yanaşı iki Çempionlar Liqası tituluna sahibdir.

Səbuhi Həsənov