Xəbər lenti

Prezident Administrasiyasının işçisi həbs olundu
Ölkə13:12 11.07.2013

Prezident Administrasiyasının işçisi həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İşlər İdarəsinin Zağulba İqamətgahının baş məsləhətçisi həbs edilib.

Bu barədə Moderator.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Saytı bilgiləndirən mənbənin xəbərinə görə, İşlər İdarəsinin Məmmədəli adlı əməkdaşı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunur.

İctimaiyyətdən gizli saxlanılan bu həbslə bağlı artıq istintaq başa çatıb. Məlumata görə, işə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq.

Qaynar.info