Xəbər lenti

Prezident Administrasiyasının qarşısında aksiya
Ölkə07:30 01.06.2013

Prezident Administrasiyasının qarşısında aksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhkəmədə zərərçəkənlərin xeyrinə qərar çıxarılsa da, hökm hələ də icra edilməyib

"GEN Holdinq" MMC tərəfindən aldadılan sakinlər bu gün Prezident Admnistrasiyasının binası qarşısında aksiya keçiriblər. Zərərçəkmiş Afət Əzizova deyib ki, 2007 - 2008-ci illərdə 355 ailə Gen Holdinqlə yaşayış binasının tikintisinə dair müqavilə imzalayıb. 

Şirkətə 7.546.985 manat pul ödənilsə də, bina tikilməyib. Məhkəmədə zərərçəkənlərin xeyrinə qərar çıxarılsa da, hökm hələ də icra edilməyib. Aksiya iştirakçıları məhkəmə hökmünün icrasını və onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Anspress