Xəbər lenti

Prezident AFFA-nın muzeyinin direktoruna təqaüd verilməsinə qərar verdi
İdman10:37 22.12.2016

Prezident AFFA-nın muzeyinin direktoruna təqaüd verilməsinə qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, sərəncama əsasən əməkdar jurnalist, AFFA nəzdindəki Futbol Muzeyinin direktoru, 2 gün əvvəl 80 yaşını "İmperator" şadlıq sarayında qeyd edən Abas Əzimov bundan sonra dövlətdən təqaüd alacaq. Sərəncamda qeyd olunur: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qaynarinfo.Az