
Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edir.
Bu gün ölkəmizdə 17 yaşlı futbolçular arasında Avropa çempionatının final mərhələsi start götürüb. ANS PRESS-in məlumatına görə, artıq bir neçə qarşılaşma başa çatıb.
Günün son qarşılaşmasında "A" qrupunda mübarizə aparan Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edir.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı izləyənlər arasında ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da var. Prezident ailəsi millimizə dəstək olmaq üçün nəhəng arenaya təşrif buyurub.

Qaynarinfo.az