
Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsi başlayacaq.
Qaynarinfo.az xəbər verir ki, U-17 yığmamız final mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan – Portuqaliya
Saat 20:00. Bakı Olimpiya Stadionu
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balaj Buzaş (Macarıstan), Vasili Erminsçin (Moldova)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
Qeyd edək ki, saat 19:30-da Bakı Olimpiya Stadionunda açılış mərasimi olacaq. Açılış mərasimində turnirin səfiri Röya Ayxan oxuyacaq. Bu açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edəcək.
Qaynarinfo.az