Xəbər lenti

Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
Ekonomiks 16:35 01.10.2025

Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb

Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

"Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik”, - dövlət başçısı vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->