Xəbər lenti

Prezident: “Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb”
Ekonomiks11:07 18.03.2020

Prezident: “Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır”.
Qaynarinfo xəbər verir ki, bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur:
"Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır”.